Dilqəm və Şahbazın ən son görüntüləri - VİDEO

Dilqəm və Şahbazın ən son görüntüləri - VİDEO
  29 May 2015    Oxunub:26232
2014-cü ilin yayında Dağlıq Qarabağda girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin `apellyasiya` şikayətinə baxılıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, `məhkəmə` Kəlbəcər girovlarının şikayəti təmin etməyib.

Belə ki, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev haqqında çıxarılan “hökmü” qüvvədə saxlayıb.

Dilqəm Əsgərovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib.

AzVision.az Azərbaycan vətəndaşları üzərində qondarma “Dağlıq Qarabağ Ali məhkəməsi”nidə çəkilən kadrları təqdim edir:



Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti