Dilqəm Əsgərovun ailəsi prezidentə müraciət etdi

Dilqəm Əsgərovun ailəsi prezidentə müraciət etdi
  31 May 2016    Oxunub:3432
Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi prezident İlham Əliyevə müraciət edib.
Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

“Dövlətimiz girovların azadlığa buraxılması üçün əlindən gələni edir. Cənab prezidentimizdən bir xahişimiz var ki, Ermənistan prezidenti ilə növbəti görüşlərində girovların azadlığa buraxılması ilə bağlı məsələni gündəmə gətirsin. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz torpaqlarında girov götürülüblər. Biz ölkə başçısına inanırıq. Əminik ki, prezidentimizin səyi ilə girovlar azadlığa buraxılacaq”,-deyə D.Əsgərovun oğlu vurğulayıb.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti