Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olub

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olub
  26 İyul 2014    Oxunub:2531
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.
AzVision.az-a bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.




Teqlər:





Xəbər lenti