Diktator ən yüksək zirvədə Günəşə baxdı

Diktator ən yüksək zirvədə Günəşə baxdı
  21 Aprel 2015    Oxunub:1932
Kim Jong-Un-un ölkənin ən uca dağına qalxması barədə xəbəri Şimali Koreyanın dövlət televiziyası yayıb. Fotolar onun qarlı zirvədə Günəşin qarşısında dayandığını əks etdirir.
Onun atası Kim Jong-Il-in də dağ zirvəsində doğulduğunu deyirlər, lakin bir çox tarixçilər keçmiş Koreya liderinin doğum yerinin Rusiya olduğuna əmindirlər. Xəbərlərdə deyilir ki, Kim Jong-Un 2750 metr hündürlüyə yüzlərlə hərbi təyyarəçinin və partiya rəsmilərinin müşayiəti ilə qalxıb.

“Rodonq” qəzetinin yazdığına görə Koreya lideri öz hərbçilərinə belə deyib: “Pektusan dağına çıxmaq insana nüvə silahından da güclü zehni qida verir”. Düzü, bir çox dil ekspertləri onun bu kəlamındakı müqayisənin mənası üzərində baş sındırırlar.

Xəbər verilir ki, bu səfərdə məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub. Çinlə sərhəddə yerləşən vulkanik Pektusan dağı Koreya folklorunda müqəddəs sayılır.


Teqlər:  





Xəbər lenti