Di Kaprio cənubi azərbaycanlıların problemindən yazdı - FOTO

Di Kaprio cənubi azərbaycanlıların problemindən yazdı - FOTO
  06 May 2016    Oxunub:12492
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio Cənubi Azərbaycanda yerləşən Urmiya gölünün fotosunu paylaşıb.
AzVision.az xəbər verir ki, aktyor `İnstagram` səhifəsində Solmaz Dərya adlı istifadəçinin fotosunu paylaşaraq, Urmiya gölünün quruması barədə qeydlər edib.



"İranın şimal-qərbindəki Urmiya gölünün sahili, dağılan gəmi. Əvvəllər Yaxın Şərqdə ən böyük duzlu göl hesab edilən Urmiya gölündə indi əvvəlki su həcminin cəmi 5 faizi qalıb. Bunun səbəb iki onillik əvvəl baş verən qlobal iqlim dəyişikliyi, su bəndinin tikilməsi və yağıntıların həcminin azalmasıdır”, - deyə Di Kaprio yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti