Devid Kemeron təklifi rədd etdi

Devid Kemeron təklifi rədd etdi
  01 Noyabr 2014    Oxunub:1456
Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkədə narkotiklərin leqallaşdırılması barədə təklifi rədd edib.
Bu təklif Britaniya Daxili İşlər Nazirliyinin ekspertləri tərəfindən hazırlanmış və psixotrop maddələrin satışı ilə mübarizəyə hazırkı sərt yanaşmanın effektivliyinə şübhə ifadə edən məruzənin dərc olunmasından sonra səsləndirilib.

Daxili işlər nazirinin müavini liberal-demokrat Norman Beykerin təşəbbüsü ilə hazırlanan məruzənin müəllifləri narkotiklərə qarşı mübarizədə qanunların sərtliyinin uğur gətirməyəcəyi qənaətindədirlər. Məruzənin dərc olunması Britaniyada yüngül və hətta bütün növ narkotik vasitələrin qanuniləşdirilməsi tərəfdarlarının aktivliyi ilə müşayiət olunub. Onların fikrincə, bu addım qeyri-leqal narkobiznesin ləğv olunmasına gətirib çıxara bilər.

Buna baxmayaraq, Britaniyanın Baş naziri Devid Kemeron təklifi rədd edib. Mühafizəkar Kemeronu bu məsələdə daxili işlər naziri leyborist Dayana Conson da dəstəkləyib. Britaniyada narkomanların 60 faizinin müalicə keçdiyini nəzərə çatdıran xanım nazir narkotiklərin leqallaşdırıldığı Niderlandda həmin göstəricinin 12 faiz, İsveçdə isə 25 faiz olduğunu qeyd edib.

İcmalar palatasının həm mühafizəkar, həm də leyborist partiyalarını təmsil edən bəzi deputatlar parlamentdəki müzakirələr zamanı narkotiklərə münasibətdə siyasətin liberallaşmasını dəstəklədiklərini bildiriblər.(Azərtac)


Teqlər:  





Xəbər lenti