Devalvasiya “Formula-1”ə və İslam oyunlarına təsir etməyəcək

Devalvasiya “Formula-1”ə və İslam oyunlarına təsir etməyəcək
  22 Dekabr 2015    Oxunub:3686
Manatın devalivasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək Formula 1 yarışmasının büdcəsinə heç bir təsir göstərməyib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub və yarışların büdcəsi əvvəldən dollarla hesablanıb. O, qeyd edib ki, hər iki yarışmanın idmançıları yarışlarda öz hesabına iştirak edəcək.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti