Dərslikdəki səhvlə bağlı rəsmi açıqlama - FOTO

Dərslikdəki səhvlə bağlı rəsmi açıqlama - FOTO
  31 Oktyabr 2014    Oxunub:1506
Təhsil Nazirliyi 5-ci sinif dərsliyindəki səhvlə bağlı mediada yayılan məlumata münasibət bildirib. “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, bir sıra informasiya agentliklərinin saytlarında ümumtəhsil məktəblərinin V sinif rus bölməsinin “Azərbaycan dili” (Bakı-2014) dərsliyindəki “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində həmin mətnə aid olmayan bir cümlənin (“Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”) verilməsini yanlışlıq kimi dəyərləndirilib.

Bununla əlaqədar bildiririk ki, yeni kurikulumun alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur. Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir “artıq cümlə” daxil edilib.

Mətnə aid 29-cu səhifədə verilən 3 nömrəli çalışmada (Bax: “3.Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi yoxdur. Həmin cümləni tapın və oxuyun”) bu “artıq cümləni” tapmaq şagirddən tələb edilir.

Beləliklə, “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində verilən “artıq cümlə” V sinif üzrə təhsil standartlarının tələbindən irəli gəlmişdir. Bu mətndə heç bir elmi – metodik yanlışlıq yoxdur.


Teqlər:





Xəbər lenti