Dərman qiymətləri 10 faiz bahalaşıb – Ermənistanda

Dərman qiymətləri 10 faiz bahalaşıb – Ermənistanda
  19 Dekabr 2014    Oxunub:2087
Ermənistanda dərman partapartları 5-10 faiz bahalaşıb və onun bahalaşmasına səbəb ölkə valyutasının kursunda olan dəyişikliklərdir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Səhiyyə nazirinin müşaviri Qukas Ulixanyan bildirib.

Müşavirin sözlərinə görə, Səhiyyə Nazirliyi müntəzəm olaraq dərman qiymətlərinin monitorinqini aparır və indiyə qədər nazirlik əsassız şəkildə qiymət artımı ilə bağlı hala rast gəlməyib. Ulixanyanın sözlərinə görə, hazırda ölkədə xaricdə dollarla alınan dərman preparatları bahalaşıb. Rus rublu ilə alınan dərmanlar isə əksinə ucuzlaşıb.

Nazirin müaşviri bəyan edib ki, dramın möhkəmlənməsi ilə dərman qiymətləri də aşağı düşəcək. O, həmçinin süni şəkildə qiymət artımı qaldıranlara qarşı sərt cəza tədbirlərinin görüləcəyini də vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti