Dəri-Zöhrəvi Dispanserində yanğın olub

Dəri-Zöhrəvi Dispanserində yanğın olub
  24 Avqust 2016    Oxunub:2392
Bakının Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində yanğın olub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib və döşəmə 0.5 m² sahədə qarsalanıb. Dispanser binası yanğından mühafizə olunub.

Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti