Deputatların tətili başa çatdı

Deputatların tətili başa çatdı
  31 Avqust 2015    Oxunub:2035
Azərbaycanda millət vəkillərinin məzuniyyəti başa çatıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.

Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.

Milli Məclisdə komitə iclaslarına sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclası sentyabrın 30-da olacaq. Bu, Azərbaycan Parlamentinin V çağırışda son sessiyası olacaq.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə VI çağırışda seçkilər keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti