Deputatlarımız Yeni ili harada keçirəcəklər?

Deputatlarımız Yeni ili harada keçirəcəklər?
  21 Dekabr 2014    Oxunub:2385
Dünyanın müxtəlif xalqları üçün yeni il ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Artıq 2014-cu ilin son günlərindəyik və 2015-ci ilə demək olarki sayılı günlər qalıb.

Geridə qoyduğumuz il kiminin həyatında xoş, kiminin pis, kiminə uğurlu və ya uğursuz kimi yadda qalır. Bir çoxları isə yeni ili öz ölkəsində və ya xarici ölkələrdə qarşılıyır.

Ucnoqta.az 2014 -cu ilin nə ilə yadda qaldığı və yeni ili harda qarşılayacaqları sorğusu ilə bəzi millət vəkillərinin fikirlərini alıb .

Bahar Muradova: 2014-cu il respublikamız üçün fəal illərdən biri kimi yadda qalır.Ölkəmiz ücün müxtlif sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlu hadisələr bu il də baş verdi.Bu baxımdan 2014-cu il mənim üçün də ölkəmizin həyatında baş verən hadisələrlə yadda qaldı.

Yeni ili harda qeyd etməyimə gəlincə isə mən bütün bayramları ailə çərçivəsində qeyd etmişəm. Hesab edirəm ki, ailə mühiti, ev hər birimizə yaxın olan məkandır. Mən yeni ili ailəmlə keçirəcəm. Hesab edirəmki bu ən yaxşısıdır...

Fazil Mustafa: 2014-cu il Azərbaycanın tanıdılması baxımından faydalı bir il oldu. Xüsusilə, Avropa Oyunlarının keçirilməsilə əlaqədar tədbirlər mənim diqqətimi daha çox çəkdi. Bunun Azərbaycanın tanıtımında böyük rolu olacaq.

Mənim özüm üçün isə bu il yeni kitablarımın çıxması, yaradıcılıq istiqamətində gördüyüm işlər daha çox yadda qalan oldu. Bu il mənim ən məhsuldar işlədiyim işlərdən biri idi.

Yeni ili harda keçirəcəyimə gəldikdə isə mən Yeni ili ümumiyyətlə xüsusi əlahiddə keçirmirəm. Heç çox vaxt ümimiyyətlə Yeni ili qeyd etmirəm. Çünki sadəcə il dəyişir, bu da mənim üçün xüsusi bir bayram əhəmiyyiti daşımır.Amma uşaqlara görə, onlar sevinib şadlansın deyə nəsə bir tədbir düşünə bilərəm.

Zahid Oruc: Bu il siyasi uğurlarımız böyük oldu. Dövlət başçımızın rəhbərliyi altında ən mühüm beynəlxalq toplantılarda Azərbaycan öz iradəsini ifadə etdi.Mədəni həyatımızda ən aktiv şəkildə Azərbaycan xarici məkanda özünün ənənələrini , incəsənətini, musiqisini, dəyərlərini təqdim edə bildi və bu işdə hormətli Mehriban xanımın misilsiz rolunu qeyd etməliyik.Bir sözlə ilin millətimiz üçün uğurlu olduğu qənaitindəyəm.

Fərdi həyatımda iki övlad sahibi olaraq onların təhsilinin çalışqanlıq şəraitində öz güclərilə davam eləməsinin şahidiyəm.Allahın verdiyi ömurlə işlərimizi qura bilmişiksə, bu möhlət bizə Tanrı tərəfindən verilib, ona görədə şəxsi həyatımız adına da onu uğurlu hesab edirəm.

Bir qayda olaraq, mən, 14 ildə parlament üzvü olduğum müddətdə yeni ili Azərbaycanda və əksər hallarda ev şəraitində keçirtmişəm. Amma 4-5 dəfə rayona səfər etmək şəraiti yaranıb. Çünki müxtəlif açılış mərasimləri olub və o zamanda birbaşa seçicilərlə görüşlərdən çıxıb yeni ili Bərdədə, yaxud da ki, kəndlərda qarşılamışam.Bu il də hələki qarşıda bir neçə gün var. Eyni zamanda ölkə başcısının doğum günü ilə bağlı təmsil elədiyim bölgədə bəzi açılış mərasimləri movcuddur. Bununla əlaqədər rayonda olsam, mutləq qalıb davam edəcəyik və yeni ili orada qarşılıyacağıq. Əks halda evdə olacam, doğmalarla yaxınlarla keçirəciyik.

Sabir Rüstəmxanlı: Bir qayda olaraq yeni ili evimdə, ailəmlə kecirəcəm.

Məlahət İbrahimqızı: Harda keçirəcəyim məlum deyil hələ ki. Çoxlu işlərim var. Onları görəcəm. Mənim üçün fərqi yoxdur. Mən 31-dən 1-ə keçən gecə də işləyirəm. İşlərim çox olduğu üçün hələ qərara gəlməmişəm.

Aydın Mirzəzadə də bir çox millət vəkilimiz kimi, yeni ili Bakıda, ailəsilə birlikdə keçirəcəyini bildirdi.

Asim Mollazadə də yeni ili həmçinin evdə ailəsilə keçirəcəyini bildirdi.


Teqlər:





Xəbər lenti