Deputatlarımız TürkPA-nın iclasında

Deputatlarımız TürkPA-nın iclasında
  27 Aprel 2015    Oxunub:1182
Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Bu barədə AzVision.az-a MM-in mətbuat xidmətindən məlumat verilib.

Qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında “TÜRKPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

Azərbaycanlı deputatları müzakirələrdə yaxından iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti