Deputatlarımız Papa ilə görüşəcək

Deputatlarımız Papa ilə görüşəcək
  21 Noyabr 2014    Oxunub:1434
Roma Papası Fransis Avropa Parlamentinin dəvətilə noyabrın 25-də Strasburqa gələcək. Səfər çərçivəsində Papa Avropa Parlamentinin və AŞPA-nın deputatları qarşısında çıxış edəcək.

Papanı görmək və xeyir-duasını eşitmək istəyən alzaslılar onu və Avropa Parlamentindəki çıxışını əsası min il bundan əvvəl qoyulmuş Katedral kilsədə quraşdırılacaq iki xüsusi ekrandan izləyə biləcəklər.

Roma Papası ilə keçiriləcək görüşdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr kimitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvlərindən Sahibə Qafarova və Rafael Hüseynov iştirak edəcəklər.


Teqlər:  





Xəbər lenti