Deputatlar dövlət hesabına istirahət edəcəklər

Deputatlar dövlət hesabına istirahət edəcəklər
  30 May 2015    Oxunub:1773
Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq.
AzVision/az "Report"-a istinadən xəbər verir ki, "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də veriləcək.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.


Teqlər:





Xəbər lenti