Deputatlar Gəncədə görüş keçiriblər

Deputatlar Gəncədə görüş keçiriblər
  19 Dekabr 2014    Oxunub:1937
YAP Gəncə şəhər Təşkilatında gənc seçicilərlə və bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib.
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib. Tədbirdə, Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Xanlar Fətiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Rafael Gülməmmədov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ilk dəfə səs verən gənc seçicilər, bələdiyyə üzvlüyünə namizədlər, partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 630 min nəfərdən çox üzvü olan Yeni Azərbaycan Partiyası bütün ictimai-siyasi proseslərin önündə gedir.

N.Həmzəyev vurğuladı ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində yüksək faizlə qalib gəlmək əzmindədir və iqtidar partiyası həm də , bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. 32 min nəfərdən çox üzvü olan və fəaliyyəti dövründə keşirilən bütün seçkilərdə qələbə qazanan YAP Gəncə şəhər Təşkilatı partiyanın namizədlərinin uğura imza atacağına inanır. Cünki gəncəlilər hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilib.

Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Xanlar Fətiyev,YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev cəmiyyətdə gənclərin rolundan danışaraq bildirdilər ki, Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bu tendensiyanın genişlənməsi üçün zəruri tədbirlər həyata keçirir. Qədim mədəniyyət mərkəzi olan Gəncənin sürətli inkişafı burada fəaliyyət göstərən, xoşbəxt gələcəklərini quran gənclərin uğurla irəli getməsinə geniş meydan açıb. Əminik ki, 2016-Avropanın Gənclər paytaxtı 23 dekabr bələdiyyə seçkiləri günü daha bir uğur qazanacaq.Gəncənin mübariz və fəal gəncləri partiyanın etimadını nümunəvi işlərində layiqincə doğruldacaqlar.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbiri yekunlaşdıraraq bildirib ki, ölkə Prezidenti və YAP-ın sədri cənab İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gənclər , o cümlədən partiyanın namizədləri , seçicilər bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaq, xalqımızın rifahı, ölkəımizin inkişafı naminə ciddi səylər göstərəcək,yeni və dəyərli layihələr işləyib həyata keçirəcəklər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev gənc seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırdı,onlara bələdiyyə seçkilərində uğurlar arzuladı.

AzVision.az


Teqlər:  





Xəbər lenti