Deputatdan ermənilərə görə ABŞ-a etiraz

Deputatdan ermənilərə görə ABŞ-a etiraz
  28 Avqust 2014    Oxunub:2312
Bu gün ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib. Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin “Dağlıq Qarabağı”ın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.
Kaliforniya Senatının bu cür addım atmasına Milli Məclisinin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Asim Mollazadə münasibət bildirib.

AzVision.az-a açıqlamasında deputat qeyd edib ki, həmin sənəd beynəlxaq hüquq normalarını pozur. A.Mollazadənin sözlərinə görə, ABŞ-ın Kaliforniya Ştatında kompakt halında yaşayan böyük erməni icması var: “Bu erməni icması çox varlı zəngin siyasi fəal lobbi qrupları ilə işləyir. Kaliforniya Ştatının Senatında ermənipərəst və erməni nümayənələrinin təklifi ilə belə bir sənəd hazırlanıb”.

Millət vəkili qeyd edib ki, qəbul edilən sənədin heç bir əhəmiyyəti yoxdur: “Bu beynəlxaq hüquq normalarını pozmaq deməkdir və ABŞ-ın xarici siyasətinə qarşıdır. Buna həm türk həm də Azərbaycan icması öz etirazını bildirib. Bununla yanaşı bu sənədin heç bir əhəmiyyəti və hüquqi əsasə yoxdur. Məqsəd sadəcə Azərbaycanı qıcıqlandırmaq, türklərə qarşı nifrəti ifadə etməkdir”,-deyə Asim Mollazadə əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Haylend Şəhər Şurası Dağlıq Qarabağın işğal altındakı Laçın (Berdzor) şəhəri ilə qardaşlaşma haqqında qərar qəbul edib. Şuranın 26 noyabr tarixində qəbul etdiyi qərara əsasən, Haylend, qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin tanıyıb.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti