Deputatdan Martin Şultsa sərt etiraz

Deputatdan Martin Şultsa sərt etiraz
  28 Noyabr 2014    Oxunub:1539
`Martin Şultsdan soruşsanız, Qarabağı xəritədə göstərməyə çətinlik çəkəcək`.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc da Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda bağlı səsləndirdiyi iradlara cavab verib.

Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir, hansısa cəhdər bundan sonra da olacaq:

“Martin Şultsdan soruşsanız o Qarabağı xəritədə göstərməyə çətinlik çəkəcək. Amma Azərbaycanı çox yaxşı göstərəcək. Azərbaycana beynəlxalq təsirlər bundan sonra da olacaq, amma daxildə də var”.

Millət vəkili Sumqayıtda məscidə yazılan “Allah yoxdur” yazısı, həmçinin, Qaraçuxurda olan “Molotov kokteyli” ilə hərəkətə keçən şəxsləri, həmçinin yaxın keçmişdə paytaxtda olan iğtişaşlardan danışıb.

Deyib ki, Azərbaycandakı sabitlik kimlərəsə sərf etmir: “Beynəlxalq təşkilatlar Azərbaycanı öz siyasətindən döndərmək gücündə deyil”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti