Deputat və ekspertdən siqaret çəkənlərə `zərbə`

Deputat və ekspertdən siqaret çəkənlərə `zərbə`
  20 Noyabr 2014    Oxunub:2326
“Mən də tütün məmulatlarının qiymətinin qaldırılmasının tərəfdarıyam”.
Bunu AzVision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspertin sözlərinə görə, qiymətin qalxması kiçikdə olsa tütündən istifadə edənlərin azalmasına səbəb ola bilər:

“Lakin bu da danılmaz faktdır ki, siqaret çəkmək məişət narkomaniyasıdır. Ona öyrəşmiş insanlar necə olursa olsun, alıb çəkəcəklər”.

E.Hüseynov bildirib ki, tütün məmulatlarının təhlükəsizliyi də təmin olunmalıdır:

“Tütünün tərkibində 400-ə qədər kimyəvi birləşmələr var. Azad İstehlakçılar Birliyinin təsiri ilə Azərbaycanda filtersiz siqaretləri istehsal edən 7 müəssisənin bağlanmasına nail olmuşuq. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin qarşısının alınması kimi böyük addımlarımız olub. Amma ölkənin bazarında vaxtı keçmiş tütün məhsullarıda var. Bunlarında qarşısını almaq lazımdır. Həmçinin ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasının tələblərinə kifayət qədər əməl olunmur. Çünki həmin konvensiyada nəzərdə tutulur ki, siqaret qutularının üzərində yazılan Səhiyyə nazirliyinin xəbərdarlığ edir sözü vaxtaşırı dəyişidirilməlidir. Çünki eyni söz olduqda insanlar ona öyrəşir və əhəmiyyət vermirlər”.

Ekspert qeyd edib ki, “Tütün və tütün məmulatları haqqında” qanunda siqaretlərin tək-tək satılması qadağan olunur:

“Siqaretin tək-tək satılması tütün məmulatlarının stimullaşdırılması deməkdir. Gərək ki, İqtisadiyyat və Sənaye nazirliyi bu hallarla bağlı ciddi işlər aparsın. Belə satışı aşkar olunan şəxlər cərimələnsin. Bununla da tək halda satışın qarşısını almaq olar”.

Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Musa Quliyev Azərbaycanda tütün məmulatlarının qiymətinin bahalaşmasını təklif edib. Deputatın sözlərinə görə, tütün məmulatlarına tətbiq olunan aksiz və ƏDV-nin artırılmalıdır.

M. Quliyev qeyd edib ki, bir çox ölkə ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının, xüsusilə siqaretin qiymət aşağıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti