Deputat olmaq istəyənlərin sayı 7-ə çatdı

Deputat olmaq istəyənlərin sayı 7-ə çatdı
  27 May 2016    Oxunub:1593
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatıb.
Bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin 2-si siyasi partiyaların nümayəndəsi, 5-i isə bitərəf namizəddir.

Qeyd edək ki, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti