Deputat "Facebook" statuslarından kitab çap etdirir
"Feysbuk səhifəmdəki "müdriklik dərsləri " rubrikasındakı materiallar əasında 2014-cü ilin fevral ayında 200 dəsrdən ibarət "Müdriklik dərsləri - I hissə " adlı kitab nəşr edildi. Sonradan rubrika davam edildi və hal-hazırda səhifəmdə 348-ci material verilib.
Gələcəkdə 201-600 saylı dərslər əsasında artıq 400 dəsrdən ibarət "Müdriklik dərsləri - II hissə " adlı kitab nəşr etmək istəyirəm."
Deputat növbəti kitabın 2016-cı ilin fevral-mart aylarında işıq üzü görəcəyinin gözlənildiyini bildirib.
"Bu dəfə kitabın nəşrində yenilik etmək istəyirəm, beləki, kitabda materalllarla yanaşı sizlərin onlara verdiyiniz şərhlər də dərc ediləcək. Etiraz edənlərin şərhləri verilməyə bilər."- deyən Mirzəzadə, şərhləri də kitaba daxil edəcəyini bəyan edib.
Teqlər: