Deputat İTV-nin saytının rəhbərinə “xəstə təfəkkürlü” dedi

Deputat İTV-nin saytının rəhbərinə “xəstə təfəkkürlü” dedi
  24 Aprel 2014    Oxunub:1127
Böyük Qurtuluş Partiyasını sədri, millət vəkili Fazil Mustafa İctimai Televiziya və Radio Yayımları Şirkətinin saytının rəhbərini sərt tənqid edib.
AzVision.az xəbər verir ki, deputat Facebook səhifəsində İTV-nin saytının rəhbəri Firudun Məmmədlini xəstə təfəkkürlü adlandırıb:

“Bu "dahi"ni - Firudin Məmmədlini kim İTV-nin saytının rəhbəri təyin edib? Adam bir fikri səviyyəli və etik qaydalara uyğun ifadə edə bilmir. Bu xəstə təfəkkürlü adam demokratiyadan tamamilə bixəbərdir. YAP-dan başqa digər partiyaların heç birində bir normal material tapa bilmir. Verilən suala cavabına baxın:

- Firudin müəllim, seçki ərəfəsində namizədlər üçün şəraitin yaradılması İTV-nin götürdüyü öhdəlikdir.

- Sizə bir söz deyim ki, mən prosesləri izləyirəm. Yəni indi YAP-dan kənarda bütün partiyalar ki, var, bu partiyaların hamısında bir-biri ilə çəkişmə, didişmə hökm sürür. Ümumiyyətlə, mən ziyalı kimi hesab edirəm ki, Azərbaycanda normal müxalifət yoxdur. Əlbəttə ki, onların yaxşı materialları olsa, verərik, amma onlarda elə bir şey yoxdur axı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti