Deputat DSMF və “Kapital Bank”dan narazıdır

Deputat DSMF və “Kapital Bank”dan narazıdır
  20 Noyabr 2014    Oxunub:1763
Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azər Badamov regionlarda bankomatların sayının azlığından şikayət edib.
AzVision.az-ın məlumatına görə, Milli Məclis üzvü bildirib ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu müəyyən tədbirlər görməlidir:

“Regionlarda bankomatlar azdır. Təsmil etdiyim rayonda ancaq rayonun mərkəzində bankomat var. Bununla bağlı mən “Kapital Bank”a və Dövlət Sosial Müdafiə Fonduna müraciət etsəm də, təəssüflər olsun ki, hələ də cavab verilməyib. Millət vəkili olaraq, bu məsələnin həll olunmasına kömək etməyinizi xahiş edirəm. Çünki hər dəfə seçicilərlə görüşən zaman məndən bunu xahiş edirlər. Bildirirlər ki, sərt qış aylarında kəskin hava şəraiti ilə əlaqədar olaraq rayona gedən yollar bağlanır və onlar bankomatlarında pulları ala bilmirlər”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti