Deputat DSMF-ni məhkəmədə uddu – 48 minlik dava

Deputat DSMF-ni məhkəmədə uddu – 48 minlik dava
  29 İyul 2015    Oxunub:3446
Xəbər verdiyimiz kimi, “Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentini məhkəməyə verib.
Millət vəkili Ağalar Vəliyevin sədri olduğu ASC 63 700 manat borc üzrə öhdəliyə xitam verilməsini və borcun silinməsinin cavabdehə həvalə edilməsini tələb edib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, məhkəmə çəkişməsində “Azəraqrartikinti” ASC DSMF-ni udaraq 48 min manat borcun silinməsinə nail ola bilib.

Şirkət işçilərinin bildirdiyinə görə, DSMF ASC-nin Qəbələ “Aqrartikinti” filialına 63 700 deyil, 48 min 484 manat 75 qəpik borc yazıb. Amma həmin borc müddəti keçdiyi üçün 10 iyul 2015-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə silinib.

Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qərarını təsdiq edib.

DSMF-dən isə AzVision.az-a bildirilib ki, fond məhkəmənin qərarından Apellyasiya şikayəti verib.

Appelyasiya Məhkəməsinin qərarından sonra Fond bu barədə geniş açıqlama verəcək.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti