Deportasiya olunan jurnalist Bakıda saxlanıldı

Deportasiya olunan jurnalist Bakıda saxlanıldı
  19 Aprel 2014    Oxunub:862
Bu gün Türkiyədən müəmmalı şəkildə deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə bir qədər əvvəl (saat 16.50) Heydər Əliyev adına beynəlxalq hava limanına enib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Müvafiq posedurdan sonra bütün sərnişinlər hava limanını tərk ediblər. Ancaq Rauf Mirqədirov görünməyib.


Onu gözləyən 15-ə qədər jurnalist Mirqədirovun harada saxlandılğını, yaxud hara aparıldığını öyrənməyə çalışıblar.


Məlumata görə, Rauf Mirqədirovun hava limanında saxlandığı, dindirilməyə aparıldığı təsdiqlənib. Ancaq bu, hələ onun həbs olunması demək deyil.


Teqlər:  





Xəbər lenti