Dənizə gedənlər, diqqətli olun

Dənizə gedənlər, diqqətli olun
  04 İyul 2015    Oxunub:4107
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 04-də Abşeron yarımadasında güclü küləkli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. İyulun 05-06-da gündüz saatlarında gözlənilən isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti