Dənizdə batan 3 nəfər xilas edilib

Dənizdə batan 3 nəfər xilas edilib
  01 Avqust 2015    Oxunub:2037
FHN dənizdə batan 3 nəfəri xilas edib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılıb.


Teqlər:  





Xəbər lenti