Dəmir barmaqlıqlar ləğv olunub

Dəmir barmaqlıqlar ləğv olunub
  26 Noyabr 2014    Oxunub:2048
Məhkəmə zalında təqsirləndirilən şəxslər beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqlarda saxlanılacaq
Azərbaycanda məhkəmə sistemi sahəsində ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr həyata keçirilib və yeni mühüm nailiyyətlər əldə olunub.

AzVision.az-ın məlumatına görə, yeniliklərdən biri də məhkəmə zallarında təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqlarda saxlanılacaq.

Belə ki, müasir İKT-lərin ədalət mühakiməsinin səmərəliliyinə və xidmətlərin göstərilməsinin keyfiyyətinə və operativliyinə təsiri nəzərə alınaraq Dünya Bankı ilə birgə layihə çərçivəsində xüsusi strategiya hazırlanıb.

Strategiyada , məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur yaradılması, təhlükəsizlik sistemləri quraşdırılması nəzərdə tutulub.

Eyni zamanda, tətbiq olunan İKT-lər məhkəmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sübutların və müxtəlif sənədlərin nümayiş etdirilməsinə, habelə proses iştirakçılarının məhkəməyə gəlmədən dindirilməsinə əlverişli imkan yaradıb.

O, cümlədən, məhkəmə zalında təqsirləndirilən şəxslərin beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqlarda saxlanılması da nəzərdə tutulub.

Məhkəmə sistemində yenliklərdən biri də, vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yaradılmasıdır. Belə ki, portal vasitəsilə vətəndaşlar məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanına malikdirlər.

Mirvari Nəcəf
AzVision.az










Teqlər:  





Xəbər lenti