Dekabrın ən çox gözlənilən filmləri - SİYAHI, VİDEO

Dekabrın ən çox gözlənilən filmləri - SİYAHI, VİDEO
  26 Noyabr 2014    Oxunub:5735
AzVision.az 2014-cü ilin dekabr ayında kinoteatrlarda göstəriləcək ən çox gözlənilən filmlərin siyahısını təqdim edir:
Con Uik



Keçmiş muzdlu qatil Con Uik 1969-cu ilin sevimli avtomobili Mustanqı cinayətkar tərəfindən qaçırdana və rəhmətə gedən arvadının yeganə yadigarı - Deyzi adlı itini öldürənə qədər sakit həyat sürürdü. İntiqam arzusu onun sanki unudulmuş bacarığını oyadır...



Ehram



Amerika arxeoloqları Misir səhrasının dərin qatlarında yerləşən qədim ehram tapırlar. Tədqiqat zamanı arxeoloqlar ehramın sonsuz qaranlıq katakombalarında itirlər.



Yolkalar 1914



Rusiya İmperiyası 100 il öncə...Milad bayramı ərəfəsi. Dekabr tıxacları, bayram gəzintiləri, möhtəşəm ballar və sadə bayramlar, titullu zadəganlar və adi kəndlilər, çar ailəsi və Birinci Dünya müharibəsinin əsgərləri, proqressiv şairlər və ilk fiquristlər - hər bir şey başqa cür idi…bayramdan başqa. Insanlar hazırlaşırdı, yaşayırdı, inanırdı, arzu edirdi və əsl möcüzə - Milad bayramını gözləyirdi!



Meşəyə doğru



Zoluşka bala getmək arzusundadır, cadugər qarı tərəfindən lənətlənmiş Çörəkçi və həyat yoldaşı uşaq olmadığına heyflənirlər, Cek istəyir ki, inəyi Belyanoçka süd versin, onun anası varlı olmaq arzusundadır, Qırmızı Papağa isə meşədə yaşayan Nənəsinə pay aparmaq üçün bir kömbə çörək lazımdır...və, bəlkə də,özünə bir az şirniyyat. Nəhayət, Çörəkçi ilə qonşuluqda yaşayan cadugər qarı bədbəxt hadisələr nəticəsində itmiş cavanlıq və gözəlliyini qaytarmaq istəyir. Bunun üçün o, lənəti çıxartmaq əvəzi Çörəkçiyə ona kömək etməyə və sehrli içkinin lazım olan tərkib hissələri: süd kimi ağ inək, qan kimi qırmızı bürüncək, qarğıdalı kimi sarı tel və qızıl ayaqqabıları əldə etməyə təklif edir.




Hobbit: Beş ordunun döyüşü



“Hobbit” trilogiyasının son filmi. Nəyinki, dekabrın hətta bu ilin ən çox gözlənilən filmi.
Torin və ətrafı Smauqun mağarasına çatırlar, bəs Bilbo və cırtdanlar Ereboru və dəfinəni qaytara biləcəklərmi? Qaytara bilsələr belə saxlaya biləcəklərmi?



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti