Dəhşətli qəzada ölənlərin sayı 6-ya çatıb

Dəhşətli qəzada ölənlərin sayı 6-ya çatıb
  03 Avqust 2015    Oxunub:2477
Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 6-ya çatıb.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də saat 04 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Ərşad İbayevə məxsus “Mercedes” markalı yük avtomobilinin qoşqusuna vurub.

Nəticədə Ə.Əliyev və sərnişinlərindən atası Xanlar, qardaşı Məhəmməd, həmyerliləri Sabir Əliyev, Tural Rzayev hadisə yerində, Rəvan Əliyev isə xəstəxanada ölüblər.

Faktla bağlı Baş Dövlət Yolis Polisi İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti