Dəhşətli isti olacaq - 42 dərəcə

Dəhşətli isti olacaq - 42 dərəcə
  28 İyul 2015    Oxunub:3275
Azərbaycanda sabaha olan hava məlumatı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, qərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi ərazilərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti