Daxili orqanında narkotik keçirən şəxs tutuldu

Daxili orqanında narkotik keçirən şəxs tutuldu
  23 Avqust 2016    Oxunub:2050
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

Əməliyyat tədbiri nəticəsində, İrandan Azərbaycana piyada gələn vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti