Davudoğlu vəzifəsindən gedir - Qurultay keçiriləcək

Davudoğlu vəzifəsindən gedir - Qurultay keçiriləcək
  05 May 2016    Oxunub:3039
Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Ərdoğanla baş nazir Əhməd Davudoğlunun bu gün keçirilən görüşündə qərar qəbul olunub.

KİV-in məlumatına görə, Davudoğlu sabah qurultayla bağlı ictimaiyyətə geniş açıqlama verəcək.

İddia edilir ki, baş nazir Əhməd Davudoğlu partiya başqanlığına namizəd olmayacaq. Qurultayın vaxtı isə hələlik dəqiq bilinmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti