Davudoğlu postunu bir günlük Kılıçdaroğluna verir

Davudoğlu postunu bir günlük Kılıçdaroğluna verir
  01 Aprel 2015    Oxunub:2441
Türkiyənin baş naziri Əhməd Davudoğlu ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu ələ salıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Kılıçdaroğlunun baş nazir olmaq istəyinə razılıq verib, amma bir şərtlə:

“Cənab Kılıçdaroğlu telekanallardan birinə müsahibəsində deyir ki, ən böyük xəyalı baş nazir olmaqdır. Diqqət edin, “xəyalımız iqtidara gəlməkdir”, və ya “hədəfimiz iqtidarda olmaqdır” demir. Baş nazirlik istəyi onun şəxsi mənafeyindən doğur, mütləq özü bu postu tutmaq istəyir. Əgər çox istəyirsə, 23 aprel yaxınlaşır, bir günlük baş nazir ola bilər”.

Qeyd edək ki, Türkiyədə hər il 23 apreldə qeyd olunan Milli suverenlik və uşaq bayramının ənənəsinə əsasən həmin gün yüksək çinli postlar bir günlük uşaqlara həvalə olunur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti