Davudoğlu Bakıdadır - FOTO

Davudoğlu Bakıdadır - FOTO
  19 Sentyabr 2014    Oxunub:1495
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iki gün davam edəcək səfər zamanı baş nazir bir sıra görüşlər keçirəcək.

Eyni zamanda Ə.Davudoğlu sentyabrın 20-də TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) layihəsinin imzalanma mərasimində iştirak edəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti