Davudoğlu Azərbaycandakı sabitlikdən danışdı

Davudoğlu Azərbaycandakı sabitlikdən danışdı
  22 Oktyabr 2014    Oxunub:1244
Türkiyənin baş naziri Əhməd Davudoğlu TANAP layihəsi ilə bağlı fikirlərini yenidən ictimaiyyətə açıqlayıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu Azərbaycanın əsas iştirakçısı olduğu TANAP-la bağlı çıxışında bildirib ki, bu layihə ilə Türkiyə 6 milyard kubmetrlik qaz mənbəyi əldə edəcək:

“Həm Azərbaycan, həm də Türkiyədəki sabitlik Balkan yarımadası ilə Qafqazı birləşdirir. Digər tərəfdən isə regionda enerji mənbəyi olan ölkələrdə böhran yaşanır. Zəngin təbii sərvətləri olmağına baxmayaraq, tranzit ölkə olan Ukraynadakı böhran, İraqdakı vəziyyət və İrana tətbiq olunan sanksiyalar bizim enerji planlarımıza mane olur. Belə olan halda xarici təsirdən kənar olub ən yüksək səviyyəyə qalxmaq lazımdır. Bunun da yolu nüvə enerjisindən keçir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti