Daş karxanasında yaralanan şəxs öldü

Daş karxanasında yaralanan şəxs öldü
  24 İyul 2014    Oxunub:1011
Güzdək qəsəbəsi ərazisində olan daş karxanasında xəsarət almış şəxs ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən "Xəzri" MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb.

Xəstəxanaya yerləşdirilmiş M.Adamov orada ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti