Dairəvi yolda çatlar əmələ gəlib - Foto

Dairəvi yolda çatlar əmələ gəlib - Foto
  21 Oktyabr 2016    Oxunub:2479
Bakı dairəvi yolunun Bakı Atıcılıq Mərkəzinin qarşısındakı hissəsində yolun kənarında böyük çatlar əmələ gəlib. Asfalt altında olan torpaq qatının bir hissəsi sürüşüb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, həmin ərazi ilə bağlı onlara məlumat daxil olub, vəziyyət nəzarətdə saxlanılır.

ASC rəsmisi yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verildiyini qeyd edib:“Onlara bildirilib ki, həmin hissənin bərpasını həyata keçirsinlər. Ərazidə təhlükəli vəziyyət yoxdur. Bundan öncə və axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumuşalması nəticəsində həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Bu üzdən narahatçılığa əsas yoxdur. Tezliklə həmin hissə bərpa olunacaq”.





Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti