Daha bir ölkədə qanlı terror: 45 ölü, 60 yaralı

Daha bir ölkədə qanlı terror: 45 ölü, 60 yaralı
  29 Avqust 2016    Oxunub:2599
Yəmənin müvəqqəti paytaxtı olan Ədən şəhərində terror aktı törədilib.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bomba dolu avtomobilin partladılması nəticəsində 45 nəfər ölüb, 60 nəfər yaralanıb.

Terror aktı nəticəsində ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, son zamanlar Ədəndə qanlı terror aktlarının sayı xeyli artıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti