Daha bir kəndə qaz verildi

Daha bir kəndə qaz verildi
  23 Avqust 2016    Oxunub:1408
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonun Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib.
AzVision.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 139 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16 856 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, hazırda Sabirabad rayonunun Türkədi, Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti