Daha bir kəndə qaz verilib

Daha bir kəndə qaz verilib
  06 İyul 2015    Oxunub:2193
Bu gün Xaçmaz rayonunun 193 abonenti olan Aşağı Zeyid kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Bu barədə AzVision.az - a Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Aşağı Zeyid kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 12 143 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 193 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər:





Xəbər lenti