Daha bir avtobus qəzası - 1 ölü

Daha bir avtobus qəzası - 1 ölü
  21 Dekabr 2014    Oxunub:2060
Abşeronda sərnişin avtobusu qəzaya düşüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.


Teqlər:  





Xəbər lenti