Daha 2 prezidentdən İlham Əliyevə TƏBRİK

Daha 2 prezidentdən İlham Əliyevə TƏBRİK
  22 Dekabr 2014    Oxunub:1674
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevi təbrik edib.
AzVision.az-ın xəbərinə görə, bp prezidentinin təbrikində deyilir:

Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.

Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

bp şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq.

Bir daha vurğulamaq istəyirik ki, bp şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək.

Lukaşenkonun təbrik məktubunda deyilir:

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən, açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin etibarlı təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzu edirəm.

AzVision.az





Teqlər:  





Xəbər lenti