Daha bir ölkədə qanlı terror - 21 ölü, 51 yaralı (Yenilənib)

Daha bir ölkədə qanlı terror - 21 ölü, 51 yaralı (Yenilənib)
  21 Yanvar 2017    Oxunub:2622
Pakistanda bazarda törədilən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışda 51 nəfər xəsarət alıb.

Yaralıların yerləşdirildiyi xəstəxandan bildirilib ki, 21 nəfərin 11-i xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Ölü sayının artacağı istisna edilmir.

Pakistanın xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib.

***
(10:16)

Pakistanda növbəti terror aktı baş verib.

AzVision.az “Dawn” nəşrinə istinadən xəbər verir ki, hadisə Paraçinar şəhərinin mərkəzində yerləşən tərəvəz bazarında baş verib. Göyərti satılan piştaxtanın altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsinə ən azı 18 nəfər ölüb, 51 nəfər yaralanıb.

Hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti