Dağıstanda antiterror əməliyyatı

Dağıstanda antiterror əməliyyatı
  05 İyul 2015    Oxunub:2125
Dağıstanda ötən ilin payızında terror əməliyyatı hazırlayan Kizilyurd bandası adlandırılan qruplaşmanın iki fəal üzvü öldürülüb. Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarına Kizilyurd rayonunun meşə massivində yaraqlıların yay bazasının yerləşdiyi barədə məlumat daxil olub. Meşədə axtarış zamanı xüsusi təyinatlı dəstə avtomat silahlardan atəşə tutulub. Təxminən bir sutka sürən atışma zamanı iki yaraqlı öldürülüb.

Qarşı tərəf də itkisiz ötüşməyib. Xüsusi təyinatlı dəstənin bir döyüşçüsü həlak olub.


Teqlər:





Xəbər lenti