DYP rəisi işdən çıxarıldı - Qüsurlarına görə

DYP rəisi işdən çıxarıldı - Qüsurlarına görə
  21 Oktyabr 2016    Oxunub:5121
Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
AzVision.az Report-a istinadən xəbər verir ki, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti