DİN iş adamının qətli ilə bağlı məlumat yaydı

DİN iş adamının qətli ilə bağlı məlumat yaydı
  30 İyun 2016    Oxunub:1951
Daxili İşlər Nazirliyi Göyçayda törədilmiş qətllə bağlı məlumat yayıb.
AzVision.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 30-da Ağdam rayon sakini Sərxan Süleymanov Göyçay RPŞ-yə zəng edib mayın 16-da bacısı Nargiləni qaçırmış Göyçay şəhər sakini Orxan Quliyevi bıçaqla qətlə yetirməsini bildirib.

Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Süleymanovun iyunun 30-da ünvanı səhv salaraq Göyçay şəhərində yaşayan Cəbrayıl Kərimovun evinə açıq qalmış qapıdan girərək onu yatmış halda bıçaqla qətlə yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Süleymanov tutulub. Araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti