DİN Zaqataladakı silahlı insidentlə bağlı məlumat yayıb

DİN Zaqataladakı silahlı insidentlə bağlı məlumat yayıb
  30 İyul 2015    Oxunub:2990
Azərbaycan Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti