DİN Sumqayıtdakı qəza ilə bağlı məlumat yaydı

DİN Sumqayıtdakı qəza ilə bağlı məlumat yaydı
  29 İyun 2016    Oxunub:3208
Daxili İşlər Nazirliyi yol polisinin Sumqayıtda törətdiyi qəza ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.

Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti