DİN 25 nəfəri həbs etdi

DİN 25 nəfəri həbs etdi
  30 Oktyabr 2014    Oxunub:1252
Oktyabrın 28-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 53 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.


Teqlər:





Xəbər lenti